Rusiyalı aktrisa Yuliya Peresild həyat yoldaşı, operator Mixail Milaşin haqqında nadir açıqlama verib.

Dergi.az xəbər verir ki, Yuliya Peresild, “Mişa mənim üçün mükafatdır” deyə bildirib. O, bu sözləri OK! Awards “Ulduzlardan daha çox” mükafatlandırma mərasimində söyləyib.

Mixail Milaşin isə onların yalnız “Gözəl” adlı hərbi dram çəkilişlərində birlikdə çalışdıqlarını vurğulayıb.

Peresild və Milaşin ilk dəfə birgə ictimaiyyət qarşısına çıxıblar. Milaşin bu an öncəsi həyəcanlı olduğunu etiraf edib, Peresild isə bu hadisəyə sakit yanaşıb.

Aktrisa qızlarının evliliyinə müsbət reaksiya verdiyini də qeyd edib.