Rusiyalı aktrisa Oksana Akinşina və aktyor Danila Kozlovski yeni doğulan oğulları Leo ilə birlikdə ilk dəfə ictimaiyyət qarşısında görünüblər.
Dergi.az xəbər verir ki, cütlük Rusiyanın beynəlxalq dərəcəli idman gimnastikası ustası Oksana Yaşankina ilə birgə idman mərkəzini ziyarət edib. Yaşankina sosial şəbəkədə onlarla birgə çəkilmiş foto paylaşıb.
Yaşankina “Sevdiyin insanla idmanla məşğul olmaq çox gözəldir. Bu, yalnız gözəl bədən və sağlamlıq deyil, həm də ümumi məqsədlər, dəstək və motivasiyadır” sözlərini yazıb.
Xatırladaq ki, Oksana Akinşina və Danila Kozlovski may ayında Leo adlı oğullarını qarşılayıblar. İddialara görə, cütlüyün münasibətləri 2020-ci ildə başlayıb.
Oksana Akinşinanın əvvəlki evliliklərindən üç övladı var, Danila Kozlovskinin isə keçmiş partnyoru Olqa Zuevadan bir qızı var.
