Rusiyalı aktyor İvan Jidkov 17 yaş kiçik aktrisa Mariya Çeredniçenko ilə evlənməyə hazırlaşır.

Dergi.az xəbər verir ki, Mariya Çeredniçenko 26 yaşındadır və 2022-ci ildə “Znaharka” serialında rol alıb. O, həmçinin “Zolotoye dno – 2” və “Muxtar. On qayıtdı” layihələrində də iştirak edib.

İvan Jidkov ilk dəfə Mariyanı dörd il əvvəl ictimaiyyətə təqdim edib. 2023-cü ildə isə onu nişanlısı adlandırıb, lakin o zaman evlilik baş tutmayıb.

İvan Jidkov bu dəfə evlilik təklifini videoya çəkib. Təklif zamanı gələcək həyat yoldaşına bir neçə zarafatlı suallar verib.

XƏBƏRİN VİDEOSU

0:00 / 0:00