Rusiyalı rejissor Nikita Mixalkov 81 yaşını ailəsi ilə birlikdə qeyd edib.
Dergi.az xəbər verir ki, rejissorun həyat yoldaşı Tatyana sosial media hesabında ailəvi fotoları paylaşıb. Tədbirdə Mixalkovun övladları, nəvələri və nəticələri iştirak edib.
Bildirilir ki, rejissorun kiçik qızı Nadejda və onun yeni həyat yoldaşı, XMAO-Yuqra qubernatoru Ruslan Kuxaruk da tədbirdə iştirak ediblər. Onlar qısa müddət əvvəl qız övladı sahibi olublar.
Mixalkovun oğulları Artyom və Stepan, qızı Anna və nəvəsi Nataliya da ailələri ilə birlikdə tədbirdə yer alıblar. Tədbir Mixalkovun “12 Grand Cafe” restoranında keçirilib.
