Amerikalı reper Pitbull 2011-ci ildə Cennifer Lopezlə səhnədə çıxışı zamanı çəkilən viral foto barədə danışıb.
Dergi.az xəbər verir ki, reper Cennifer Lopezlə birlikdə “On the Floor” mahnısını ifa etdiyi 2011-ci il “American Music Awards” mərasimində yaşanan maraqlı məqama aydınlıq gətirib.
Pitbull bildirib ki, Cennifer məşq zamanı şou əsnasında etdiyi müəyyən bir hərəkəti etməmişdi. Lakin canlı çıxış zamanı həmin hərəkəti edəndə o, həyəcanlanıb. Beləliklə, sözügedən fotonun səbəbi də aydın olub.
Sənətçinin bu açıqlaması illər əvvəl çəkilən və sosial şəbəkələrdə geniş yayılan fotonu yenidən gündəmə gətirib.
