Rusiyanın Gələncik şəhərində “Mayak” adlı dördüncü aktual kino festivalı başa çatıb. Festival “Kinema-Art” fondu tərəfindən təsis edilib və Roman Abramoviç tərəfindən dəstəklənib.
Dergi.az xəbər verir ki, festivalın proqramına bu il 11 tammetrajlı film daxil edilib, onlardan altısı debüt film olub. Həmçinin yeddi qısametrajlı film nümayiş etdirilib.
Festivalın bağlanışında Aleksey Uçitel, Sonya Rayzman, Stasya Tolstaya, Konstantin Bronzit, Aleksandr Pal, Dmitri Yendaltsev, Darya Savelyeva, Sergey Malkin və digərləri iştirak ediblər.
Festivalın əsas mükafatını Natalya Uvarovanın debüt filmi “Malika” qazanıb. Film 12 yaşlı Malikanın həyatından bəhs edir. O, Almatıda anası ilə yaşayır və anasının yenidən evlənmək qərarına qarşı çıxır.
Ən yaxşı rejissorluq və ssenari mükafatı Klavdiya Korşunovanın “Vanya” filmindəki işinə verilib. Film 12 yaşlı Vanyanın atasını tapmaq üçün Moskvaya getməsindən bəhs edir.
