Türkiyəli komediya ustası Hasan Can Kaya “Konuşanlar” adlı məşhur talk-şousunun yeni mövsümünü Disney+ platformasında yayımlamağa başlayıb.
Dergi.az xəbər verir ki, yeni mövsümün ilk seriyasının yayımlanması münasibətilə Hasan Can Kaya və proqramın heyəti Boğaz sahilində xüsusi bir tədbir təşkil ediblər. Gecəyə sənət, idman və cəmiyyət həyatından çox sayda məşhur qatılıb.
Tədbirdə Yasemin Sakallıoğlu, Sefo, Bensu Soral və həyat yoldaşı Hakan Baş, Cenk Tosun, Sevcan Orhan, Ömür Gedik, Orkun Işıtmak, Tuğba Melis Türk və Sıla Saraydemir kimi tanınmış simalar iştirak edib.
Hasan Can Kaya gecədə səhnəyə çıxaraq yeni mövsümün keçən ildən daha komik olacağını bildirib və Disney+ ailəsinə təşəkkür edib.
“Konuşanlar” yeni mövsümündə də tamaşaçıların həyatından maraqlı və gülməli hekayələr təqdim edəcək.
