Türkiyəli aktrisa Cemre Baysel, “Güllər və Günahlar” serialında Murat Yıldırımın canlandırdığı Serhat obrazı ilə rəqs etdiyi səhnədə geyindiyi libasla izləyicilərinin böyük bəyənisini qazanıb.
Dergi.az xəbər verir ki, Baysel paylaşımına “Komandamdan səhnə üçün bir az sehr” qeydini əlavə edib. Aktrisanın zərif görünüşü qısa müddətdə sosial media istifadəçiləri tərəfindən bəyənilib.
Cemre Bayselin səhnə üçün seçdiyi geyim sosial mediada da maraqla qarşılanıb. Aktrisanın paylaşımına çox sayda bəyənmə və şərh gəlib, izləyiciləri onun zərifliyinə təriflər yağdırıb.
NGM imzalı “Güllər və Günahlar” serialının yeni seriyası bu axşam saat 20:00-da Kanal D-də yayımlanacaq.
