Amerikanın məşhur “Chicago Fire” serialının 15-ci mövsümündə bəzi aktyorlar serialdan ayrılaraq Firehouse 51-dən vidalaşıblar.

Dergi.az xəbər verir ki, serialın 15-ci mövsüm premyerasında Dermot Mulroney, Dom Pascal obrazı ilə son dəfə ekranlara çıxıb. Bundan əlavə, Joe Mińoso da mövsümün sonuna doğru serialdan ayrılacaq.

Keçmişdə serialdan ayrılan digər aktyorlar arasında Eamonn Walker (Wallace Boden), Jesse Spencer (Matt Casey) və Kara Killmer (Sylvie Brett) yer alır. Bildirilir ki, Daniel Kyri və Jake Lockett də büdcəni azaltmaq məqsədilə serialdan ayrılıblar.

Bu dəyişikliklər “Chicago Fire” serialının gələcək mövsümlərində yeni hekayə xətləri və obrazlarla davam edəcəyinə işarədir.

SOSİAL MEDİA MƏZMUNU