Türkiyəli məşhur aşpaz Mehmet Yalçınkaya MasterChef yarışmasında Adana kebabına limon sıxıldığı üçün qəzəblənib.

Dergi.az xəbər verir ki, yarışmada iştirakçılar Adana kebabı hazırlayıblar. Mehmet Yalçınkaya yeməyə limon sıxıldığını görəndə təəccüblənib və “Limon sıxılan Adana’nı yemərəm!” deyərək narazılığını ifadə edib.

Aşpazın bu reaksiyası sosial mediada müzakirələrə səbəb olub. Bir qrup istifadəçi məşhur aşpaza haqq verərək Adana kebabına limon sıxılmamasını müdafiə edib, digər qrup isə bunun şəxsi zövq məsələsi ola biləcəyini bildirib.