Türkiyənin TV8 kanalında yayımlanan MasterChef Türkiyə yarışmasının son bölümündə gərgin anlar yaşanıb.

Dergi.az xəbər verir ki, yarışmanın mükafat oyunu zamanı iştirakçılardan Emrə yeməyin dadına baxarkən gözlənilmədən boğulub. Onun boğazına loxma ilişib və nəfəs ala bilməyib.

Bu vəziyyəti görən Mehmet Yalçınkaya dərhal müdaxilə edərək Emrəni Heimlich manevrası ilə xilas edib. Şefin peşəkar müdaxiləsi sayəsində Emrə yenidən nəfəs ala bilib.

Stüdyodakı digər iştirakçılar və şeflər rahat nəfəs alıb və bu hadisə gecənin ən diqqətçəkən anı kimi yadda qalıb.

Mehmet şefin bu qəhrəman hərəkəti sosial mediada geniş müzakirələrə səbəb olub.