Türkiyənin “MasterChef” yarışmasının 26 noyabr tarixli buraxılışında salat sousu səbəbindən başlayan mübahisə iştirakçı Tolğa ilə münsif Somer Sivrioğlunu qarşı-qarşıya qoyub.

Dergi.az xəbər verir ki, Tolğanın sözünün kəsildiyini deməsi üzərinə Somer Sivrioğlu “Mən sənin münsifinəm. İstəsəm sözünü kəsərəm, istəsəm çölə ataram, hörmətsizlik etmə” ifadələrini işlədib. Gərginliyin ardından məşhur şef studiyanı tərk edib, Mehmet Yalçınkaya isə həmkarına dəstək verib.

Həftənin ikinci toxunulmazlıq oyununda mavi komanda ilə qırmızı komanda Fransız mətbəxindən yeddi yemək hazırlamağa çalışıb. Mavi komandada Ayşə salat sousunu hazırlayarkən Tolğa ona kömək edib, lakin Ayşə sousu çox sıx hesab edərək zeytun yağı əlavə edib. Toxunulmazlığı qırmızı komanda qazanıb, münsiflər isə mavi komandanın sousunu çox axıcı olduğunu deyib.

Bireysel toxunulmazlıq öncəsi gərginlik artıb. Ayşə nəticə açıqlanmadan Tolğanın onu pis göstərdiyini iddia edib, Tolğa isə reseptin Ayşəyə aid olduğunu deyib. Tolğa “Səni pis göstərəcək bir cümləmi deyin, mən buradan diskvalifikasiya olmaq istəyirəm” deyib.

Tartışma zamanı Tolğanın “Bence burada bir qadınla danışmaq tamamilə hörmətsizlikdir” sözləri üzərinə Somer Sivrioğlu araya girərək ümumiləşdirmə edilməməli olduğunu bildirib. Bu sözlərin ardından Somer Sivrioğlu studiyanı tərk edib. Mehmet Yalçınkaya isə Tolğaya “Somer Şef dediyində haqlıdır və həqiqətən səni qorumağa çalışır” deyərək münsif yoldaşına dəstək verib.