Türkiyəli aşpaz Somer Sivrioğlu keçmiş həyat yoldaşı Aslı Sencer ilə 20 illik əlaqələrinin dəyərini qoruduğunu bildirib.

Dergi.az xəbər verir ki, aşpaz münasibətlərin zamanla dəyişə biləcəyini, lakin birlikdə keçən illərin və göstərilən əməklərin dəyərini saxladığını vurğulayıb. “Keçmiş həyat yoldaşımla 20 il birlikdə olduq. Onunla əlaqəmi dayandırmaq 20 ilimi dayandırmaq deməkdir. 20 illik həyatımı necə zibilə ata bilərəm? Yoxmuş kimi davranmaq məncə çox eqoistcadır” – deyə o qeyd edib.

Sivrioğlu, “Münasibətlər zamanla dönüşə bilər, amma əmək qalıcıdır. İnsan hər zaman ən çox əməyini sevir” – ifadələrini əlavə edib.