Türkiyəli aktyorlar Uğur Güneş və Ebru Şahin “Adana Ayazı” serialında baş rollarda çəkiləcəklər.
Dergi.az xəbər verir ki, “NOW” kanalında yayımlanacaq serialın ssenari üzrə ilk oxu məşqi keçirilib. Serialın çəkilişlərinə gələn həftə İstanbulda başlanılacaq.
Onur Uğraşın qələmə aldığı “Adana Ayazı”nın güclü aktyor heyətində Umay Anadolu Kaboğlu da yer alır. O, “Zeynep” obrazını canlandıracaq.
Serialda “Fırat” və “Elif”in evlilik nağılına ailə sirləri və münaqişələr kölgə salacaq.
