Türkiyəli aktyor Mustafa Mert Koç “Adana Ayazı” serialının heyətinə daxil olub.

Dergi.az xəbər verir ki, NTC Mediya tərəfindən hazırlanan və NOW TV-də yayımlanacaq bu yeni serialda Koçun iştirakı ilə heyət daha da güclənib. Serialda Uğur Güneş, Ebru Şahin və Levent Ülgen kimi məşhur adlar da yer alır.

Mustafa Mert Koç, “Adana Ayazı”nda Serhat obrazını canlandıracaq. Bu obraz, Uğur Güneşin canlandırdığı Fıratın qardaşı və Levent Ülgenin oynadığı Hamzanın oğlu olaraq diqqət çəkəcək.

“Adana Ayazı” serialı Adananın sərt və cazibədar atmosferində keçən ailə və intiqam hekayəsini izləyicilərə təqdim edəcək. Serialın ssenarisi Onur Uğraş tərəfindən yazılıb və rejissoru Faruk Teberdir.

Yeni ildə ekranlarda yayımlanacaq bu serial, iddialı bir layihə olaraq gözlənilir.