Rusiyalı model Nataliya Vodyanova və aktrisa Renata Litvinova Parisdə yerləşən Rusiya Pravoslav Mədəniyyət Mərkəzində keçirilən “Sistem Yığımı. Nijni Novqorod” sərgisinə qatılıblar.

Dergi.az xəbər verir ki, tədbirdə həmçinin futbolçu Matvey Safonov və həyat yoldaşı, zərgər və rəssam Pyotr Aksyonov və digər tanınmış şəxslər iştirak ediblər.

Vodyanova tədbirə nanə rəngli yubka və kardiqan geyinərək qatılıb. Litvinova isə qara kostyumda poz verib.

Gecənin əsas hadisələrindən biri “Tirvella” performansı olub. Performans, başqalarının gözləntilərindən azad olma mövzusuna həsr olunub və Nataliya Vodyanova böyük bir qızıl briosu açaraq içindəki mesajları təqdim edib.

Sərgidə Nijni Novqorodun bədii həyatını əks etdirən 18 rəssamın əsərləri nümayiş etdirilib.