Türkiyəli rok musiqisinin güclü səsi Şebnem Ferah uzun fasilədən sonra doğma şəhəri Bursada konsert verib.

Dergi.az xəbər verir ki, konsertdə təxminən 15 min nəfər iştirak edib və bu, festival ab-havasında keçib. Şebnem Ferahın məşhur mahnıları tamaşaçılar tərəfindən bir ağızdan səsləndirilib.

Xüsusilə “Yağmurlar” mahnısı ifa edilərkən tamaşaçılar birgə oxuyaraq möhtəşəm bir koro yaradıb. Ferahın musiqiyə qısa fasilə verməsinə baxmayaraq, geri dönüşü böyük maraqla qarşılanıb.

Sosial mediada da geniş müzakirə olunan konsert, Şebnem Ferahın unudulmaz performansı ilə yadda qalıb.