Kanal D-də yayımlanacaq “Karakuyu” serialının yeni mövsüm tanıtımında “Fikriye ölmədən Ferda doğa bilməz!” sözləri diqqət çəkib.
Dergi.az xəbər verir ki, serialda Ferda yeni kimliyi ilə həyatını dəyişməyə çalışarkən, gözlənilmədən atası ilə qarşılaşır. Bu hadisə Ferda üçün böyük bir sınaq olur və Kahraman (Onur Tuna) ilə yollarının kəsişməsi hadisələrin gedişatını daha da maraqlı edir.
Ferda illər sonra Karakuyu kəndinə qayıdaraq keçmişi və ağrıları ilə üzləşməli olur. Tanıtımda göstərilən bu anlar serialın sirrli atmosferini və vizual dünyasını vurğulayır.
Ferda bir tərəfdən qardaşlarını qorumağa, digər tərəfdən öz həyatının idarəsini ələ almağa çalışır. Bu müddətdə qarşılaşdığı Kahraman, onun həyatında yeni bir səhifə açır. İkili arasında yaranan güclü cazibə və qarşıdurma serialın əsas məqamlarından biridir.
“Karakuyu”nun rejissoru Nezaket Coşkun, ssenaristi isə Deniz Akçaydır. Serialın aktyor heyətində Özge Törer, Onur Tuna, Sermiyan Midyat və başqaları yer alır.
