Azərbaycanlı müğənni Nura Suri maraqlı yuxusunu sosial mediada paylaşıb.
Dergi.az xəbər verir ki, müğənni yuxusunda hindistanlı məşhur aktyor Şahrux Xanı gördüyünü və onun həyat yoldaşının ona qısqandığını qeyd edib.
Nura Suri Feysbuk hesabında yazıb ki, yuxusunda dəniz kənarında moda nümayişində iştirak edib və Şahrux Xan ona xüsusi diqqət göstərib.
Sənətçi yuxusunu əyləncəli və qəribə adlandıraraq, bu hadisənin onu hələ də təəccübləndirdiyini bildirib.
