Türkiyənin Star TV kanalında yayımlanan “Sevdiğim Sensin” serialının yeni fraqmanı sosial mediada böyük müzakirələrə səbəb olub.
Dergi.az xəbər verir ki, serialın 23-cü seriyasının fraqmanı yayımlandıqdan sonra izləyicilərin diqqətini çəkib. Fraqmanda Esatın oğlunu rədd etdiyi üçün peşmanlıq hissi yaşadığı və Erkana üzr istədiyi göstərilib. Dicle isə özünü qaçıran şəxsin izinə düşərkən, Deryanın Ali Cabbarı xatırlaması ilə həyəcan artıb.
Fraqmanın sonunda Dicle Erkana “Mən ana olacağam, sən də ata olacaqsan, Erkan!” sözlərini deyərək yeni seriyaya olan marağı artırıb.
Fraqmanın yayımlanmasından sonra sosial media platforması X-də istifadəçilər Dicle’nin hamiləlik xəbəri ilə bağlı müxtəlif reaksiyalar veriblər. İzləyicilər “Bu rüya deyilsə, izlədiyim ən mənasız tanıtımdır” kimi şərhlər yazıblar.
