Amerikalı əfsanəvi boksçu Mike Tyson “Tuzlu Kahve” serialına qonaq aktyor olaraq qatılacaq.

Dergi.az xəbər verir ki, Polat Yağcı’nın istehsalçılığını etdiyi serialda dünya şöhrətli boksçu Mike Tyson iştirak edəcək. Məşhur boksçu Buğra Gülsoy’un canlandırdığı Mehmet obrazının Amerikadan gələn dostunu canlandıracaq.

Star TV-də yayımlanan “Tuzlu Kahve” serialında Kutsi, Pelin Karahan, Dağhan Külegeç və Müjde Uzman kimi məşhur simalar da yer alıb. Serialın əvvəlki seriyalarında “Doktorlar”, “Kavak Yelleri”, “Kuzey Güney” və “Yasak Elma” kimi seriallara göndərmələr edilib.

Birsen Altuntaş’ın məlumatına görə, bu dəfə seriala qatılacaq Mike Tyson-un iştirakı ilə reytinqlərin necə dəyişəcəyi maraq doğurur.