Türkiyədə məşhur Koreya serialı “Penthouse”un yerli versiyası hazırlanacaq.

Dergi.az xəbər verir ki, “Poll Films” şirkətinin rəhbəri Polat Yağcı bu layihəni Türkiyə tamaşaçılarına uyğunlaşdırmaq üçün çalışmalara başlayıb.

Serialda elit təbəqənin yaşadığı “Penthouse” adlı 100 mərtəbəli lüks yaşayış kompleksindəki 6 qadının həyatı təsvir olunacaq.

Layihə intriqalar, dram və sevgi üçbucaqları ilə zəngin bir hekayə təqdim edəcək.