Türkiyəli müğənni Simge Sağın Mardindəki konserti zamanı çiy köftə yoğurub və halay çəkib.
Dergi.az xəbər verir ki, müğənni Mardində keçirilən tədbirdə iştirak edərək yerli adət-ənənələrlə tanış olub. O, səhnədən əvvəl çiy köftə yoğuraraq yerli sakinlərlə birlikdə halay rəqs edib.
Simge Sağın Mardində özünü evindəki kimi hiss etdiyini bildirib. O, bu təcrübənin onun üçün çox fərqli və maraqlı olduğunu vurğulayıb.
Müğənni, Mardindəki konsertinin uğurla keçdiyini və bu cür tədbirlərdə iştirak etməkdən məmnun olduğunu qeyd edib.
