Türkiyəli pop müğənnisi Gülşen Harbiye Cemil Topuzlu Açıqhava Teatrında möhtəşəm konsert proqramı ilə çıxış edib.
Dergi.az xəbər verir ki, Gülşen konsertdə iki fərqli kostyumla səhnəyə çıxaraq, həm musiqi, həm də moda dünyasında diqqət çəkib. Onun güclü səsi və enerjili performansı minlərlə tamaşaçını heyran edib.
Konsert zamanı Gülşen məşhur mahnılarını ifa edərək, tamaşaçıları böyük bir koro halına gətirib. İfaçının şouları sosial mediada da geniş müzakirə olunub.
Gülşen Harbiyedəki çıxışı ilə həm səhnədə, həm də sosial mediada gündəmə damğasını vurub.
