Türkiyəli rok müğənnisi Teoman, qızı Zeyno ilə Akmerkezdə alış-veriş edərkən görüntülənib.
Dergi.az xəbər verir ki, müğənni jurnalistlərlə söhbətində 15 oktyabrda keçirilməsi planlaşdırılan Harbiye Açıkhava konsertini güclü yağış səbəbindən ləğv etdiyini açıqlayıb.
Teoman bildirib ki, Aydın şəhərində bir festivalda çıxış edəcək və dekabr ayında bir az ara verəcək. Yanvar ayında konsertlər davam edəcək və Ramazan ayında yenidən fasilə veriləcək. 2027-ci ildən sonra isə çox sıx bir proqram olacaq.
O, həmçinin xaricdə və Anadolu bölgəsində konsertlər təşkil edəcəyini vurğulayıb. Teoman Anadolu konsertlərinə xüsusi önəm verdiyini və oradakı pərəstişkarlarının da xoşbəxt olmasını istədiyini qeyd edib.
