Kanal D-də yayımlanan “Daha 17” serialının son bölümündə Arasın hədəf olduğu məlum olub.
Dergi.az xəbər verir ki, serialın son bölümündə Aras və Uğurun nəzarətxanədəki görüşü böyük sirrin açılmasına səbəb olub. Uğur, Teomanı Aras sanaraq onu uyuşdurduğunu və cinayət alətini onun sol əlində yerləşdirdiyini etiraf edib. Bu etiraf Arası qardaşının günahsızlığı barədə rahatladıb, lakin cinayətin ona yüklənmək istənildiyini anladıb.
Bununla yanaşı, Teoman televiziya xəbərlərində Serhatın cəsədinin tapıldığını görüb və vicdan əzabına dözməyərək cinayəti öz boynuna götürüb.
Serialın digər bir xəttində isə Leylanın keçmişə aid xatirələri canlanıb. Çamaşır suyu qoxusu ilə tetiklenen hafızasında, uşaqlıqda ona baxan qadının üzünü xatırlayıb.
