Türkiyəli rok müğənnisi Teoman qızı Zeyno ilə birlikdə alış-veriş edərkən görüntülənib.

Dergi.az xəbər verir ki, məşhur müğənni və qızı Akmerkezdə alış-veriş edərkən obyektivlərə tuş gəlib. Teomanın 13 yaşlı qızı Zeynonun böyümüş görünüşü diqqət çəkib.

Teoman şəxsi həyatını gözlərdən uzaq tutmağa üstünlük versə də, bu dəfə qızı ilə birlikdə alış-verişə çıxıb. Alış-veriş zamanı jurnalistlərlə qarşılaşan müğənni qısa bir söhbət də edib.

Teoman, 15 oktyabrda Harbiye Açıkhava-da planlaşdırdığı konsertin güclü yağış səbəbindən ləğv edildiyini bildirib. Müğənni yaxın zamanda Aydın şəhərində bir festivalda səhnə alacağını da qeyd edib.

Teomanın 2027-ci il üçün konsert proqramının çox sıx keçəcəyi bildirilir. Müğənni həm yerli, həm də xarici konsertlərə hazırlaşır.