Türkiyənin məşhur müğənnisi Simge Sağın son günlər səhnə çıxışları və mahnıları ilə deyil, ona göndərilən sirli güllərlə diqqət çəkir. Dergi.az xəbər verir ki, müğənniyə artıq üç həftədir kimliyi məlum olmayan bir şəxs hər həftə 101 qızılgül göndərir. Beləliklə, Sağın bu müddətdə ümumilikdə 303 qızılgül alıb.
Eyni sayda güllərin ardıcıl göndərilməsi müğənninin marağına səbəb olub. Sürprizlərin davam etməsindən sonra Sağın, gülləri göndərən şəxsin kimliyini öyrənmək üçün öz araşdırmalarına başlayıb.
Müğənni ona göndərilən güllərdən məmnun olduğunu, lakin xüsusilə 101 rəqəminin diqqətini çəkdiyini bildirib. O, “Güllər möhtəşəmdir, amma bu sirr və xüsusilə 101 qızılgül göndərilməsi maraqlıdır” deyərək təəccübünü ifadə edib.
Gülləri göndərən şəxsin kimliyi ilə bağlı isə hələlik heç bir məlumat ortaya çıxmayıb. Simge Sağının da maraq etdiyi sirli şəxsin kimliyi hələlik naməlum olaraq qalır.
