Türkiyəli aktyorlar Dilin Döğer və Atakan Özkaya “Uzak Şehir” serialında canlandırdıqları Zerrin və Kaya obrazları ilə sevgi münasibətlərini gerçəkləşdirib.

Dergi.az xəbər verir ki, cütlük, yeni mövsümdə də reytinq rekordları qıran serialda tanış olub və münasibətlərini sosial media üzərindən paylaşaraq elan edib.

Dilin Döğer və Atakan Özkaya, “Instagram” hesablarında paylaşdıqları yeni romantik fotolarla izləyicilərindən çoxlu rəy toplayıb. İzləyicilər “Çox yaraşırsınız”, “Harikasınız”, “Həmişə xoşbəxt olun” və “Bu sevgi evliliyə aparır” kimi şərhlər yazıblar.

Atakan Özkaya daha əvvəl münasibətləri ilə bağlı suallara “Hər şey qaydasındadır, çox xoşbəxtik” deyə cavab verib. Cütlük paylaşımları ilə sosial mediada diqqət çəkməyə davam edir.