Türkiyəli “Uzaq Şəhər” serialının yeni seriyasından yayımlanan fraqman şok effekti yaradıb. Serialın 70-ci seriyası bazar ertəsi axşamı Kanal D-də nümayiş olunacaq.

Dergi.az xəbər verir ki, fraqmanda Cihanın Mirzanın qızı ilə nişanlanması diqqət çəkib. Cihan, ailəsini və məsul olduğu xalqı qorumaq üçün Mirzanın təklifini məcburən qəbul edib.

Serialın ssenarisi Gülizar Irmak tərəfindən yazılıb, rejissorluğunu Emre Aybek və Mustafa Pazarcık edib. Ozan Akbaba, Sinem Ünsal və digər məşhur aktyorlar serialda rol alır.

“Uzaq Şəhər” hər bazar ertəsi saat 20:00-da Kanal D-də yayımlanır.

XƏBƏRİN VİDEOSU