Türkiyəli “Uzaq Şəhər” serialının son bölümü tamaşaçıları ekran qarşısına kilidləyib.

Dergi.az xəbər verir ki, serialda Alya və Cihan yanğından xilas olub. Cihan, Enveri xilas etmək üçün özünü təhlükəyə atsa da, buna nail ola bilməyib.

Nare, Alyanın hamilə olduğunu öyrənib, lakin Alyanın təsiri ilə bu həqiqəti qardaşına açıqlamayıb. Sadakat isə DNA testi nəticəsində Cihanın oğlu olmadığını öyrənib. Zerrin, Kaya’ya Ecmelin tələsini xəbər verib. Ateş, Narenin həyatını xilas edib, onların arasındakı yaxınlıq daha da güclənib.

Serialın finalında İpek, DNA testinin nəticələrini Cihana təqdim edib və bu, gecəyə damğa vurub. “Uzaq Şəhər” yüksək reytinqlə izləyici kateqoriyalarında liderliyini qoruyub.