Türkiyəli aktyorlar Ozan Akbaba və Sinem Ünsal Nyu-Yorkda keçirilən 54-cü Beynəlxalq “Emmy” mükafatlandırma mərasimindən geri dönüblər.
Dergi.az xəbər verir ki, Türkiyəni beynəlxalq tədbirdə təmsil edən aktyorlar İstanbul Hava Limanında görüntüləniblər.
Ozan Akbaba mükafata namizəd olmağın belə böyük uğur olduğunu bildirib. “Mükafata namizəd olmaq belə möhtəşəmdir. Beynəlxalq bir layihənin tərkibində yer almaq qürurvericidir” – deyə o qeyd edib.
Sinem Ünsal isə Nyu-Yorkda gördükləri maraqdan məmnun qaldığını vurğulayıb. “Bizi o qədər gözəl qarşıladılar ki, çox xoşbəxt olduq” – deyə aktrisa bildirib.
