İsveçli aktyor Gustaf Skarsgård “Wallander” adlı yeni serialda baş rolda çıxış edib.
Dergi.az xəbər verir ki, BBC Böyük Britaniya üçün, MHz Choice isə ABŞ və Kanada üçün İsveç cinayət dramının yayım hüquqlarını əldə edib. Serial TV4 tərəfindən Banijay Rights ilə əməkdaşlıq çərçivəsində çəkilib.
“Wallander” serialında Gustaf Skarsgård Kurt Wallander obrazını canlandırır. Serialda detektiv 42 yaşında həyatında yeni bir mərhələyə qədəm qoyur.
Serialın ilk mövsümü üç 90 dəqiqəlik filmdən ibarətdir və Henning Mankellin məşhur romanlarına əsaslanır. Rejissorlar Antonia Pyk və Molly Hartlebdir.
“Wallander” romanları 40 milyondan çox nüsxə satılıb və 40-dan çox dilə tərcümə edilib.
