Türkiyəli müğənni Ajda Pekkan Star TV-də yayımlanan “Tuzlu Kahve” serialına qonaq olub.
Dergi.az xəbər verir ki, məşhur sənətçi kovboy tərzindəki geyimi ilə serialın kənd səhnələrində halay çəkərək maraqlı anlar yaşadıb. Ajda Pekkan Binnur Kayanın canlandırdığı Hatun obrazı ilə eyni səhnədə yer alıb.
Serialın yeni seriyasından görüntüləri prodüser Polat Yağcı sosial mediada paylaşıb. Paylaşılan görüntülərdə Pekkanın kovboy tərzindəki geyimi ilə halay çəkdiyi anlar diqqət çəkib.
“Tuzlu Kahve” serialının yeni seriyası 13 oktyabrda Star TV-də yayımlanacaq.
