Türkiyəli aktyor Çağatay Ulusoy valideynləri ilə birlikdə Bolqarıstana gedib. Aktyor, atasının Belilom (Duranköy) kəndində qohumları və həmyerliləri ilə görüşüb.

Dergi.az xəbər verir ki, Ulusoy ziyarət zamanı onunla foto çəkdirmək istəyənləri geri çevirməyib və kənd sakinləri ilə birlikdə şəkil çəkdirib. Aktyorun ziyarətindən görüntülərdə bir dükanın qarşısında çəkdirdiyi xatirə fotoları da yer alıb.

İstanbulda doğulan Çağatay Ulusoyun ailəsi ana tərəfdən bosniyalı, ata tərəfdən isə Bolqarıstan köçkünü olub. Aktyor ötən il Bolqarıstana gedərək ikili vətəndaşlıq üçün müraciət etmişdi. Ulusoyun Bolqarıstan vətəndaşlığını da aldığı, proseslər zamanı çəkilən bir fotoşəkillə üzə çıxmışdı.