Böyük Britaniyalı aktyor Endryu Qarfield otel liftində azarkeşi ilə yaşadığı unudulmaz anı açıqlayıb.

Dergi.az xəbər verir ki, Qarfield “The Magic Faraway Tree” filmi ilə bağlı danışarkən təsadüfən rastlaşdığı “çox şirin” azarkeşdən bəhs edib. O, Denverdə bir oteldə qaldığı zaman liftə mindiyini və burada konfrans üçün gəlmiş bir neçə gənc qadınla qarşılaşdığını bildirib.

Onlardan biri, yəni “Örümçək-adam” köynəyi geyinmiş gənc qadın Qarfieldi gördükdə onu “miraj” kimi qəbul edib. “Bu sənmisən? Sən Örümçək-adamsan?” deyə soruşub.

Qarfield isə “Bir vaxtlar mən idim, bəli. İki dəfə, üç dəfə olmuşam” deyə cavab verib. Aktyor qadının bu görüşdən çox təsirləndiyini və hətta gözlərinin dolduğunu bildirib.

Qarfield “The Amazing Spider-Man” (2012) və “The Amazing Spider-Man 2” (2014) filmlərində Piter Parker rolunu canlandırıb. O, 2021-ci ildə “Spider-Man: No Way Home” filmində də bu rolu yenidən ifa edib.