“Alatava” serialında “MK” obrazı ilə məşhurlaşan aktrisa Rumiyə Ağayeva teatr mühitində yaşadığı qəribə hadisələrdən danışıb.

Dergi.az xəbər verir ki, aktrisa müsahibəsində son illərdə böyük layihələrə dəvət almamasının səbəbini teatrda ona cadu edilməsi ilə əlaqələndirib.

“İllərdir böyük layihələrə dəvət almıram. Hərdən zarafatla deyirəm, amma məncə, teatrda mənə həqiqətən cadu ediblər!” – deyə Ağayeva bildirib.

Aktrisa teatr mühitində bəzi həmkarlarının bir-birinin uğurunu qəbul etmədiyini də iddia edib.

“Bizim teatrda elə aktyorlar var ki, kiminsə harasa çəkilməsinə paxıllıq edirlər. Ömür boyu aktyordurlar, amma onları heç kim tanımır. Teatrın səhnəsinin altında açar, kilid basdırırlar. Bir də görürsən ki, dəniz geri çəkiləndə nə qədər kilid çıxır ortalığa”, – deyə o söyləyib.

Dergi.az

XƏBƏRİN VİDEOSU