Azərbaycanlı aktyor və rejissor Şahmar Ələkbərovun nəvəsi Eldar İsgəndərov Hollivudda bir neçə film layihəsində iştirak edib.
Dergi.az xəbər verir ki, Eldar 2026-cı ildə ekranlaşdırılan “Club Kid” komediya-dramında baş qəhrəman Niki obrazını canlandırıb. O, həmçinin Cessi Ayzenberqin rejissoru olduğu “The Debut” musiqili komediya-dramında Piotr obrazına həyat verib.
Azərbaycanlı aktyorun Benisio del Toro, Kemeron Diaz və Ana de Armasın da çəkildiyi “Reenactment” filmində iştirak etdiyi bildirilib.
