Rusiyalı aktrisa Kristina Asmus qızı Anastasiya ilə Maldiv adalarında istirahət edərkən çəkilmiş bikini fotosunu paylaşıb.
Dergi.az xəbər verir ki, aktrisa və 12 yaşlı qızı beşulduzlu Avani+ Fares Maldives Resort otelində qalıblar. Asmus sosial media hesabında bu fotoları yayımlayıb.
Fotoda aktrisa firuzəyi rəngli bikini geyinib.
Qeyd edək ki, Kristina Asmus və Garik Xarlamov 2013-cü ildə evlənib, 2014-cü ildə isə qızları Anastasiya dünyaya gəlib. Cütlük 2020-ci ildə boşanıb.
Hazırda Garik Xarlamov aktrisa Katerina Kovalçuk ilə evlidir və yeni doğulan qızları Alisa ilə ailə həyatı qurublar.
