Müğənni Nura Suri qonşusundan şikayət edib.

OLAY yazır ki, sənətçi qonşusunun onun evinə su axıtdığını bildirib:

“İllərdir qonşum evimə su axıdır. Evimin sığortası var. Güc-bəla ilə xahiş etdik ki, problemi aradan qaldırsın. Polisə müraciət etdik, ondan sonra adam evinə ustaları buraxdı. MTK-dan akt almalıyıq ki, sığorta işə baxsın. Sığorta deyir ki, hadisəni ya polis, ya da MTK qeydə alıb sənəd verməlidir ki, o adam ödəniş etməsə, əlimizdə sənəd olsun. Sahə rəisi deyir mülki işdir,  MTK-ya təsir göstərə bilmir. MTK-nın sahibi vəzifəli adamın qohumudur, heç kim heç nə deyə bilmir. Haqqımızı tələb edə bilmirik. Nazirliyə məktub yazdım, polis gəldi evə, ərizə yazdım. Bu, polisin işi deyil. MTK-dan sənəd ala bilmirik, biz nə etməliyik?”

XƏBƏR NÖVÜ:

MANŞET, QALMAQAL,

Yenilənib: 14:18 10.06.2024

Açar sözlər:

, ,