Kanal D-nin Tokatda çəkilişləri davam edən, OGM imzalı yeni layihəsi “Karakuyu” serialının oxuma məşqi rəngli görüntülərlə yadda qalıb.

Dergi.az xəbər verir ki, məşq zamanı aktyorlar arasında güclü sinerji və uyğunluq diqqət çəkib. İlk dəfə obrazlarına bürünən məşhurların performansları gözləntiləri artırıb. Məşq bitimində bütün heyət xatirə fotosu çəkdirib.

“Karakuyu” serialı, illər sonra aldığı gözlənilməz mirasla doğulub böyüdüyü torpaqlara qayıdan Ferda (Özge Törer) adlı qadının hekayəsini danışır. Ferda, keçmişdə buraxdığı ailəsi və Karakuyunun güclü adları ilə qarşılaşır.

Ferda keçmişin izləri ilə üzləşərkən, Karakuyudakı balansları dəyişir. O, həm öz həyatının kontrolunu ələ almağa çalışır, həm də gözlənilməz mübarizəyə qoşulur. Bu müddətdə qarşısına çıxan Kahraman (Onur Tuna) ilə arasında güclü bir çəkim və qarşıdurma başlayır.

Oxuma məşqində Onur Tuna və Özge Törer xüsusilə diqqət çəkib. Onların ekran uyumu və enerjisi serialın ən çox danışılan elementlərindən biri olacağını göstərib.