Türkiyəli rok müğənnisi Şebnem Ferah İstanbulda keçirilən konsertində səmimi etirafları ilə diqqət çəkib.

Dergi.az xəbər verir ki, KüçükÇiftlik Parkda təşkil edilən konsertdə minlərlə pərəstişkarı qarşısında çıxış edən Ferah, musiqi ilə dolu həyatının əhəmiyyətini vurğulayıb. O, “30 il ərzində yalnız mahnı yazaraq özümü ifadə etdiyim üçün danışmalı olduğum zaman nə deyəcəyimi bəzən bilmirəm. Sizinlə olmaqdan çox xoşbəxt və rahatam. Həyatımızda böyük bir mənanın əskik olduğunu sayənizdə bir daha anladım” deyə bildirib.

Səhnədəki bu dərin və vefa dolu sözləri izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə məşhurlar da iştirak edib. Saadet Işıl Aksoy, Gaye Su Akyol, Ozan Dolunay və voleybolçu İlkin Aydın kimi tanınmış simalar ön sırada yer alıblar.

Gecənin ən yaddaqalan anı isə Şebnem Ferahın üç məşhur mahnısını ilk dəfə yalnız pianoda ifa etməsi olub. Bu xüsusi performans musiqisevərlərə unudulmaz bir İstanbul axşamı yaşadıb.