Amerikalı aktyor Metyu Perrinin həyatı və asılılığı ilə mübarizəsi haqqında çəkilən “The One About Matthew Perry” adlı Netflix sənədli serialı yayımlanıb.
Dergi.az xəbər verir ki, üç hissədən ibarət olan serialda Perrinin “Friends” serialındakı rol yoldaşları iştirak etməyib. Bunun əvəzinə, Perrinin ailəsi, dostları və digər yaxınları onun şəxsi həyatı və narkotik asılılığı ilə mübarizəsini izah edirlər.
Serialda Perrinin bacısı Mia Perry Bowick, dostları Rocer Kastillo və Devid Pressman kimi şəxslər iştirak edərək, aktyorun həyatındakı çətinliklər və mübarizələr haqqında danışırlar. Metyu Perrinin öz səsi ilə verilən arxiv materialları da seriala daxil edilib.
Serialda Perrinin narkotiklərdən istifadəyə görə 2018-ci ildə komaya düşməsi və ketamin dozajı səbəbindən 2023-cü ildə vəfat etməsi də əhatə olunub.
“The One About Matthew Perry” artıq Netflix platformasında yayımlanır.
