Amerikalı aktyor Coş Duhamel “Ransom Canyon” serialının iki mövsümdən sonra ləğv edilməsinə görə Netflix-dən narazılıq edib.
Dergi.az xəbər verir ki, aktyor Us Weekly-yə müsahibəsində serialın yaxşı nəticələr göstərdiyini və izləyicilər tərəfindən sevildiyini bildirib. Duhamel Netflix-in tamaşaçılara üçüncü mövsümü təqdim etməməsinə görə təəssüfləndiyini ifadə edib.
“Əslində bir az təəccübləndim. Serial iki həftəyə yaxın birinci yerdə idi və rəqəmlər həqiqətən yaxşı görünürdü,” – deyə o qeyd edib.
Aktyor, qərarın Netflix-in daxili səbəblərinə bağlı olduğunu anladığını, lakin bu səbəbləri hər zaman başa düşmədiyini vurğulayıb.
“Ransom Canyon” Jodi Tomasın kitab seriyasına əsaslanır və bu ilin iyul ayında ikinci mövsümü ilə geri qayıtmışdı. Serialda həmçinin Minka Kelli və Lizzi Qrin də rol alıb.
