Türkiyəli aktrisa Zeynep Çamcı ana olub. 2015-ci ildə rejissor Serhat Bayramla ailə quran aktrisa ilk dəfə ana olmağın sevincini yaşayıb. O, oğlunun doğum xəbərini sosial media hesabında paylaşıb.
Dergi.az xəbər verir ki, 39 yaşlı Zeynep Çamcı hamiləlik dövrünü mümkün qədər gözlərdən uzaq keçirməyi seçib. Bu müddətdə şəxsi həyatını ön planda tutmayan aktrisa ana olacağını böyük ölçüdə gizli saxlayıb. Lakin gözlənilən xoş xəbər nəhayət gəlib.
Çamcı ilk övladını qucağına aldığını sosial media hesabında yayımladığı fotolarla izləyiciləri ilə bölüşüb. Aktrisanın bu paylaşımı həm sevənlərini, həm də sənət dünyasından dostlarını sevindirib.
Zeynep Çamcı və həyat yoldaşı Serhat Bayram oğullarına Can adını veriblər. Aktrisa, 15 oktyabrda dünyaya gələn oğlunun adını “Xoş gəldin Can’om” qeydiylə açıqlayıb.
Çamcı’nın oğluna duyduğu sevgini əks etdirən bu səmimi mesaj izləyicilərinin də üzünü güldürüb. Paylaşımın ardından aktrisanın sosial media hesabı təbrik mesajları ilə dolub.
Zeynep Çamcı’nın xoş xəbəri məşhur adların da diqqətindən qaçmayıb. Uraz Kaygılaroğlu, Eda Ece, Pelin Akil, Murat Dalkılıç, Burcu Biricik və Hatice Aslan kimi bir çox tanınmış ad aktrisanın paylaşımına şərh yazaraq sevincinə ortaq olub.
