Türkiyəli model Berrin Keklikler müğənni Atiyeyə qarşı sərt ittihamlarla gündəmə gəlib. Keklikler sosial media hesabında, Atiyenin yeni klipindəki bir səhnənin ona keçmişdə yaşadıqları gərgin anları xatırlatdığını bildirib.
Dergi.az xəbər verir ki, Berrin Keklikler 2013-cü ildə “Miss Turkey” gözəllik yarışmasının ikincisi olub. O, 19 yaşında ikən Atiye və onun komandası ilə bir studiyada yaşadığı hadisəni sosial mediada paylaşaraq, həmin vaxt aldığı təpkini unutmadığını ifadə edib.
Keklikler bildirib ki, Atiye studiyalarını kiralayıb çəkiliş müddətini aşdıqdan sonra xəbər verməyib və gecə saatlarında vəziyyəti soruşduqda gözlənilməz bir reaksiya ilə qarşılaşıb. O, “19 yaşımda idim və səndən hələ də iliklərimə qədər nifrət edirəm” deyə qeyd edib.
Berrin Keklikler, Atiyenin klipdəki oyunçuluğunun onun həqiqi şəxsiyyətini əks etdirdiyini iddia edib. “Bu, oyun deyil, bu birbaşa sənsən. O vəziyyətdə birinə elə qışqıran biri yaxşı insan ola bilərmi, bilmirəm” deyə bildirib.
Berrin Kekliklerin bu açıqlamaları sosial mediada geniş yayılıb və magazin gündəmində böyük səs-küy yaradıb. Lakin Atiyeden hələlik rəsmi bir açıqlama verilməyib.
