Türkiyəli aktrisa Ezgi Mola Mustafa Aksakallı ilə yollarını ayırmasının ardından ortaya atılan aldatma iddialarına açıqlama gətirib.
Dergi.az xəbər verir ki, Mola iştirak etdiyi bir proqramda şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verərək, keçmiş ərini müdafiə edib və ayrılıq qərarının arxasındakı səbəbi açıqlayıb. O, “Aldatsaydı asardılar” ifadəsini xatırladaraq, Aksakallının dünyanın ən yaxşı ürəkli insanlarından biri olduğunu bildirib.
Mola, aldatma iddialarının həqiqəti əks etdirmədiyini vurğulayıb və ayrılığın səbəbini Bertolt Brechtin “Madem İyisin” şeirindən nümunə gətirərək izah edib. O, münasibətlərdə qarşılıqlı uyğunluğun əhəmiyyətinə diqqət çəkib.
Ezgi Mola və Mustafa Aksakallı dostluqlarını qorumaq üçün evliliklərini bitirməyi seçdiklərini qeyd edib. Aktrisa, hər ayrılığın arxasında xəyanət və ya böyük bir münaqişə olmadığını xatırladıb.
