Türkiyəli müğənni Ajda Pekkan keçmiş əri, hint əsilli milyarder iş adamı Qulu Lalvani və onun yeni sevgilisindən doğum günü sürprizi alıb.
Dergi.az xəbər verir ki, Pekkan bu barədə sosial media hesabında paylaşım edib. O, videonun altına “Uşaqlar, keçmiş ərim və onun yeni partnyorundan mənə çox gözəl bir doğum günü sürprizi. Bir tərəfdə İsveçrədəki gözəl xatirələrim, digər tərəfdə evimin yeni halı…” qeydini yazıb.
