Britaniyalı məşhur Bruklin Bekhem hazırladığı yemək videosuna görə sosial mediada tənqid edilib. O, pivə ilə hazırladığı yemək reseptini izləyiciləri ilə bölüşüb.

Dergi.az xəbər verir ki, izləyicilər Bruklinin sadə bir resepti çox mürəkkəbləşdirdiyini qeyd ediblər. Şərhlərdə “Niyə özünə çətinlik yaradırsan? Bütün inqrediyentləri bir yerə atmaq kifayətdir”, “Bruklin, yemək hazırlamağın bəzi texniki cəhətlərini anlamaq çətin deyil”, “O, səliqəsiz görünür”, “İyrənc”, “Ət və tərəvəzi eyni lövhədə kəsəndə gigiyena haqqında çox şey bilmir” kimi ifadələr yer alıb.

Qeyd edək ki, Bruklin artıq uzun müddətdir ki, kulinariyaya maraq göstərir və müxtəlif yemək reseptlərini sosial şəbəkələrdə paylaşır. O, atasının, məşhur futbolçu Devid Bekhemin təsiri ilə yemək hazırlamağa maraqlandığını bildirib. Devid Bekhem İtaliyada peşəkar kulinariya məktəbində altı aylıq kurs keçib.

Hazırda mətbuat Bruklinin valideynləri ilə olan münasibətlərinə diqqət yetirir. Bu ilin əvvəlində Bruklin valideynlərini həddindən artıq nəzarət etməkdə və ictimai rəyin manipulyasiyasında ittiham edib. O, valideynlərinin həyat yoldaşı Nikola Peltz ilə olan münasibətlərini pozmağa çalışdıqlarını iddia edib.