Amerikalı aktyor Bruklin Bekhem və həyat yoldaşı Nikola Pelts Beverli-Hillzdə gəzinti zamanı paparatsilər tərəfindən görüntüləniblər.
Dergi.az xəbər verir ki, cütlük fotoqraflara əhəmiyyət vermədən söhbət edib və gülərək xoş vaxt keçirib.
Nikola 2000-ci illərin dəbindən ilhamlanan obraz seçib və alçaqbel cins şalvar, boz svitşot və dəri gödəkçə geyinib. Görünüşünü platformalı botinkalar və iri aviator eynəklərlə tamamlayıb.
Bruklin isə qara uzunqol köynək, rahat kəsimli çino şalvar və “Dr. Martens” ayaqqabılarına üstünlük verib.
